"Liverpul" ciddi itki ilə üzləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Joel Matip sıradan çıxıb.

O, çempionlar Liqasının qrup mərhələsinin son turunda "Napoli" ilə qarşılaşmada xəsarət alıb. Tibbi müayinə zamanı makerunlu oyunçunun zədəsinin ciddi olduğu və əməliyyata ehtiyac duyulduğu müəyyənləşib. 27 yaşlı müdafiəçinin hətta ən azı 6 aylıq yaşıl meydanlardan kənarda qalması da istisna edilmir.

Qeyd edək ki, "Napoli" üzərində 1:0 hesablı qələbə qazanan "Liverpul" 1/8 finala adlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest