"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviçin taleyinə aydınlıq gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 37 yaşlı forvard Avropaya köçməyəcək.

"Milan"a keçidi baş tutmayan isveçli ulduz futbolçu hazırkı komandasında qalacaq. O, MLS təmsilçisi ilə yeni birillik müqaviləni razılaşdırıb. Tərəflər gələn həftə bunu rəsmiləşdirəcəklər.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm MLS liqasında 27 oyunda 22 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest