"çelsi"nin hücumçusu Alvaro Morata ölkəsi İspaniyaya qayıda bilər. Matç.az saytının RAC1-ə istinadən məlumatına görə, 26 yaşlı forvard "Barselona" rəhbərliyi ilə əlaqə saxlayıb.

"Real"ın yetirməsi özünü əzəli rəqibə təklif edib. Luis Suaresin yüngül zədəsini nəzərə alan kataloniyalılar da alternativ hücumçu axtarışındadı. Artıq tərəflər arasında bir görüş baş tutub. Görüşün nəticəsi açıqlanmasa da, transferin mümkünlüyü və oyunçunun rolu müzakirə edilib. "Real"da layiq olduğu hörməti görmədiyini düşünən Morata "kral klubu"ndan qisas almaq üçün "Barsa"nın formasını geyinməkdə maraqlıdı.

Qeyd edək ki, Alvaro Moratanın "çelsi" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olsa da, əsas heyətə düşə bilmədiyindən, "zadəganlar" onu satmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest