"Püşkatmadan çox razıyıq. Rəqiblərin adları bizi məmnun edir". Matç.az saytı xəbər verir ki, bu sözləri Lixtenşteynin U-21 yığmasının texniki direktoru Rene Pauritş deyib.

54 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2021-in seçmə mərhələsinin II qrupu barədə fikirlərini bildirib. Yığmamızın rəqibi Fransa və İsveçrəni xüsusi fərqləndirib: "Komandamızı yenidən güclü qrupda mübarizə gözləyir. Top komanda olan Fransa ilə oynamaq problem olacaq. O ki qaldı İsveçrəyə, onlar tanış rəqib və kifayət qədər cəlbedici komandadı. Son dörd seçmə mərhələdə iki qonşu komanda ilə üz-üzə gəlmişik. Yığmamızın oyun planından razıyıq. Əsas milli və U-21 arasında bu mənada böyük bənzərlik var".

Qeyd edək ki, Lixtenşteyn qrupda Fransa, İsveçrə, Slovakiya, Gürcüstan və Azərbaycanla mübarizə aparacaq. Yığmamız ilk oyununu iyunun 6-da səfərdə məhz Lixtenşteynə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest