"Fransa aşkar favoritdi. Onlara qarşı oyun həmişəki kimi gözəl və maraqlı alınacaq". Matç.az saytının məlumatına görə, bunu İsveçrənin U-21 yığmasının baş məşqçisi Mauro Lustrinelli deyib.

42 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirib. Fransanı favorit hesab edən sabiq hücumçu digər rəqibləri barədə də fikir bildirib: "Slovakiya ilə matçlar həyəcanlı olacaq. Qonşu komanda Lixtenşteynlə derbi bizim üçün hər zaman xüsusi olub. Bundan başqa, bizi son vaxtlar yüksəlişdə olan Azərbaycan və Gürcüstanla da maraqlı qarşılaşmalar gözləyir. Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdı. Eləcə də bir çox komandanın bunu hədəflədiyini bilirəm. Bu, çox çətin tapşırıqdı, amma mümkünsüz də deyil".

Qeyd edək ki, seçmə mərhələnin II qrupunda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteyn mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest