Birləşmiş Ərəb Əmirliklərinin "Xor Fakkan" klubunda çıxış edən braziliyalı futbolçu Bruno Lamas Azərbaycan təmsilçisinin maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Vavel" nəşrinə açıqlamasında "Qarabağ"dan təklif aldığını bildirib.

Lamas Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib.

Daha əvvəl Portuqaliyanın "Leyşoynş" və "Santa Klara" komandalarında oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini də istisna etməyib.

Bruno Lamasın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest