Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Macarıstanın "Fehervar" klubunun hücumçusu Armin Hodziçi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovinadan olan 25 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
"Liverpul"un yetirməsi olan, lakin bu klubun əsas komandasında forma geyinməmiş Hodziç, karyerası ərzində "Jelezniçar" və "Dinamo"in (Zaqreb) də formasını geyinib. 2018-ci ildən "Fehervar"da oynayan Bosniya və Herseqovina yığmasının hücumçusu, karyerası ərzində 251 matça çıxıb, 92 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest