Madrid "Real"ından ayrılan Luka Zidanın yeni klubu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, fransız qolkiper "Rayo Valekano"ya keçib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb
 
Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu olan qapıçı ötən mövsüm Madrid klubunun gənclərdən ibarət komandasında 33 oyuna çıxıb və 44 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest