Fransanın "Renn" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Yuventus"un müdafiəçisi Daniel Ruqani ilə "İnter"in sol cinah müdafiəçisi Dalbert Enrikeni heyətinə qatıb.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. 
 
2013-cü ildən "Yuventus"da çıxış edən Ruqani İtaliya yığmasının da üzvüdür. 26 yaşlı futbolçu 2013-2015-ci illər aralığında "Empoli"də də icarədə oynayıb.
 
Dalbert isə 2017-ci ildən "İnter"dədir. Lakin Milan klubunda möhkəmlənə bilməyən 27 yaşlı braziliyalı futbolçu geridə qalan mövsümü "Fiorentina"da icarədə keçirib. Müdafiəçi 2016/17 mövsümündə Fransanın "Nitsa" klubunda da çıxış edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest