İngiltərənin "Tottenhem" klubu futbolçusu Xuan Foytun müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi 22 yaşlı müdafiəçi ilə yeni – müddəti 2023-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Tottenhem" argentinalı müdafiəçini "Vilyarreal" klubuna icarəyə verib. Foyt 2020/21 mövsümünü La Liqa təmsilçisində keçirəcək.
 
"Vilyarreal" Avropa Liqasının İ qrupunda "Qarabağ", "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest