Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Matc.az xəbər verir ki, UEFA Millətlər Liqası çərçivəsində iki oyun keçirəcək yığmanın heyətinə daha bir futbolçu dəvət olunub.
 
"Neftçi" klubunun üzvü Mirabdulla Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.
 
Qeyd edək ki, yığmamız oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqro, oktyabrın 13-də isə Bakıda Kipr milli komandası ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest