UEFA Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Monteneqro millisi itki ilə üzləşib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın qapıçısı Matiya Şarkiç zədələnib.
 
İcarə əsasında "Şrusberi Taun"da çıxış edən futbolçu İngiltərə 1-ci liqasının "Plimut"la oyunu zamanı zədələnib. Şarkiçin 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
23 yaşlı qapıçı oktyabrın 10-da Azərbaycan, oktyabrın 13-də isə Lüksemburqla UEFA Millətlər Liqası oyunlarında iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest