"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, London klubu Portuqaliya "Benfika"sının hücumçusu Karlos Vinisiusu transfer edib.
 
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. 25 yaşlı braziliyalı hücumçu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb.
 
"Tottenhem" icarə haqqı olaraq "Benfika"ya 3 milyon avro ödəyəcək. London klubu mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək istəsə, Portuqaliya təmsilçisinə daha 42 milyon avro ödəməli olacaq.
 
Braziliyanın "Palmeyras" klubunun yetirməsi olan Vinisius, "Benfika"dan öncə "Kaldense", "Qremio Anapolis", "Real" (Portuqaliya), "Rio Ave" və "Monako"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest