Futbol üzrə Latviya 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Smiltene" ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 3 qol vurmuş Əsgərov zədəli olduğu üçün adı bu oyunun iştirak ərizəsinə də daxil edilməyib.
 
Keçirdiyi 12 oyuna 15 xal toplamış "Super Nova" 9 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest