Futbol üzrə Estoniya çemponatında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tammeka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 23 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest