Avropa Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq Polşanın "Legiya" klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Matc.az Varşava təmsilçisinin rəsmi saytına istindən xəbər verir ki, klub işçilərindən birinin tes nəticəsi müsbət cavab verib. Futbolçuların və məşqçilər heyətinin sağlam olduğu bildirilib. Komanda UEFA-nın qaydalarına əsasən görüşə hazırdır.

 Qeyd edək ki, Varşavada keçiriləcək "Legiya" – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest