"Monako" yarımmüdafiəçisi Jan-Ed Aolunu icarəyə göndərib.
 
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu "Strasburq"a icarəyə verilib.
 
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Aolu mövsümün sonuna qədər "Strasburq"un uğurları üçün çalışacaq. O, yeni komandasında "6" nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, Aolu 2017-2018-ci illərdə də "Strasburq"da forma geyinib. O, "Monako"ya məhz sözügedən klubdan transfer olunub. Yarımmüdafiəçi bu mövsüm "knyazlıq" təmsilçisində iki oyuna çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest