İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi sabiq yarımmüdafiəçisi Roberto Pereyranı transfer edib.
 
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. İngiltərənin "Uotford" klubundan alınan 29 yaşlı argentinalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Xatırladaq ki, Pereyra 2011-2015-ci illər aralığında da "Udineze"nin formasını geyinib. O, 2016-cı ildən "Uotford"un uğurları üçün çalışırdı. Argentina yığmasının da üzvü olan futbolçu, "River Pleyt" və "Yuventus" klublarının da şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest