Futbol üzrə Estoniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Helm"lə qarşılaşıb. üç qolun qeydə alındığı matç "Narva Trans"ın qələbəsiylə yekunlaşıb – 2:1. Beləcə, futbolçumuzun komandası 1/8 finala vəsiqə qazanıb.
 
Nurlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan azərbaycanlı hücumçu fasilədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest