İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Uesli Fofananı heyətinə qatıb.
 
Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Sent-Etyen" 19 yaşlı müdafiəçinin transferi üçün "Lester Siti" ilə razılaşdıqlarını bildirib.
 
İngiltərə mətbuatının xəbərinə görə, "Lester Siti" Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bu, "Sent-Etyen" tarixinin ən qazanclı satışıdır.
 
Fofana "Sent-Etyen"lə 30 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest