Bu gün futbol üzrə Almaniya Super Kuboku uğrunda oyunda Dortmund "Borussiya"sı "Bavariya" ilə üz-üzə gələcək.
 
Matc.az xəbər verir ki, dortmundlular bu görüşə iki ciddi itki ilə çıxacaqlar.
 
Söhbət "Borussiya"nın qapıçısı Roman Bürki və yarımmüdafiəçi Ceydon Sançodan gedir. Onların xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Hər iki futbolçudan koronavirus testi də götürülüb və nəticələr mənfi olub.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Borussiya" – "Bavariya" matçına Bakı vaxtı ilə 22:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest