Topaz Premyer Liqasının daha bir təmsilçisinin qış təlim-məşq toplanışı üçün proqramı müəyyənləşib. Matç.az saytının məlumatına görə, "Qarabağ" da digər komandalar kimi, Türkiyəni məskən seçəcək.

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə" ilə dekabrın 16-da keçiriləcək oyundan sonra istirahətə buraxılacaq Ağdam təmsilçisi yanvarın 7-də bir araya gələcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda həmin gün Antalyaya yollanacaq.

Qonşu ölkədə 3 həftəlik hazırlıq planlaşdıran Azərbaycan çempionu yoxlama görüşlərində də qüvvəsini sınayacaq. Lakin sınaqçı rəqiblər hələ bəlli deyil. Bununla bağlı danışıqlar davam edir.

Qeyd edək ki, "Sumqayıt", "Zirə", "Qəbələ", "Səbail" və "Keşlə"nin da yanvarda Türkiyəyə yollanacağı dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest