Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib.
 
Matc.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirildiyi qeyd olunub. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest