Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Matc.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Yenilənən siyahıda Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci sıraya yüksəlibsə, Teymur Rəcəbov 1 pillə geriləyərək, 10-cu yerdə qərarlaşıb.

Məmmədovun aktivində 2770, Rəcəbovun isə 2765 xalı var.

Qədir Hüseynov 2 665 xalla 73-cü, Nicat Abbasov 2 664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2 654 xalı olan Rauf Məmmədov isə 91 - 93-cü yerləri bölüşdürür.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 28-ci pilləyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 73-cü sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva isə 1 pillə irəliləyərək 82-ci sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest