"Hazırlaşmaq üçün vaxtımız çox deyildi. "Drita"dan fərqli olaraq "Qarabağ" önündə tapşırığımız daha çətin olacaq".

"Polşa klubları uzun müddətdir avrokubokların qrupunda iştirak edə bilmir".

Matc.az xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun yarımmüdafiəçisi Joel Valensiya Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirərkən deyib.

İspaniyalı oyunçu məqsədlərinin qrupa düşmək olduğunu söyləyib: "Hazırlaşmaq üçün vaxtımız çox deyildi. "Drita"dan fərqli olaraq "Qarabağ" önündə tapşırığımız daha çətin olacaq. "Legiya"da yaxşı işlər görəcəyimə inanıram. Səviyyəli oyunçularımız var, komandamız güclüdür".

Valensiya bu ilin yayında İngiltərənin "Brentford" klubundan icarəyə götürülüb. 

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək "Legiya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest