"France Football" jurnalı "Qızıl top" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb. Matç.az-ın jurnalın rəsmi saytına istinadən məlumatına görə, artıq bu mükafatı qazanmağa namizəd olan 30 futbolçunun adı bəllidi. Namizədlər arasında 4 qapıçı, 4 müdafiəçi, 7 yarımmüdafiəçi, 15 hücumçu var. "Real"ın 8 üzvü (Ronaldosuz - red.) bu mükafatı almağa iddialıdı. üstəlik, Madrid təmsilçisinin futbolçuları bütün mövqelərdə təmsil olunub.

Fransa yığmasının isə 7 futbolçusu mükafatı qazanmağa namizəddi.  

Namizədlər  Serxio Aquero ("Mançester Siti", Argentina), Allison ("Liverpul", Braziliya), Qaret Beyl ("Real", Uels), Kərim Benzema ("Real", Fransa), Edinson Kavani (PSJ, Uruqvay), Tibo Kurtua ("Real", Belçika), Kriştianu Ronaldo ("Yuventus", Portuqaliya), Kevin De Bruyne ("Mançester Siti", Belçika), Roberto Firmino ("Liverpul", Braziliya), Dieqo Qodindi ("Atletiko", Uruqvay), Antuan Qrizman ("Atletiko", Fransa), Eden Azar ("çelsi", Belçika), İsko ("Real", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Nqolo Kante ("çelsi", Fransa), Uqo Loris ("Tottenhem", Fransa) Mario Mandjukiç ("Yuventus", Xorvatiya), Sadyo Mane ("Liverpul", Seneqal), Marselo ("Real", Braziliya), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi "Barselona", Argentina), Luka Modriç ("Real", Xorvatiya),  Neymar (PSJ, Braziliya), Yan Oblak ("Atletiko", Sloveniya) Pol Poqba ("Mançester Yunayted", Fransa), İvan Rakitiç ("Barselona", Xorvatiya), Serxio Ramos ("Real", İspaniya), Məhəmməd Salah ("Liverpul", Misir),  Luis Suares ("Barselona", Uruqvay) və Rafael Varandı ("Real", Fransa).  
 
"Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.
 
Qeyd edək ki, "Qızıl top"un son qalibi yayda "Real"dan "Yuventus"a keçən Kriştianu Ronaldo olub.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest