"Atletiko" klububun baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib.

Matc.az "Marca"ya istinadən xəbər verir ki, sentyabrın 12-dən bəri karantində olan 50 yaşlı mütəxəssis sağalıb. Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da işləyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest