FİFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.
 
Matc.az xəbər verir ki, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.
 
FİFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.
 
Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FİFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest