"Matçın əvvəlində oyunçumuza qarşı kobudluq oldu. Futbolçu inandırıcı səviyyədə yıxılmasa da, penalti vermək olardı".

UEFA Avropa Liqasının III təsnifat mərhələsində evdə çexiyanın "Slovan" klubuna məğlub olan "Styaua"nın idman direktoru Mixay Stoyka matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazılıq edib.

Matc.az xəbər verir ki, klub rəsmisi 0:2 hesabı ilə uduzduqları görüş üçün FIFA referisini günahlandırıb: "Matçın əvvəlində oyunçumuza qarşı kobudluq oldu. Futbolçu inandırıcı səviyyədə yıxılmasa da, penalti vermək olardı. Halbuki oyunçumuza simulyasiyaya görə sarı vərəqə verildi. Görüşün 20-ci dəqiqəsində isə Stefan Sana qayda pozuntusuna görə qırmızı vərəqə aldı. Lakin orada çiyin-çiyinə mübarizə var idi".

Qeyd edək ki, Əliyar Ağayev sözügedən qarşılaşmada "Styaua"nın 2, "Slovan"ın isə 3 futbolçusuna sarı vərə göstərib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest