UEFA İcraiyyə Komitəsi Gənclər Liqası ilə bağlı yeni formatı açıqlayıb. Matc.az xəbər verir ki, 2020/2021 mövsümü 1/16 final mərhələsindən olimpiya sistemi ilə keçiriləcək və qalib 1 oyunla müəyyənləşəcək.

Qərarın pandemiya səbəbindən yarışın təşkilindəki çətinliklər və azyaşlı oyunçuların mövcud şəraitdə səyahət etməməsi üçün verildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanı UEFA Gənclər Liqasının cari mövsümündə "Qəbələ"nin U-19 komandası təmsil edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest