"Futbolda qələbə də, məğlubiyyət də var. Biz oyunumuzla, mübarizəmizlə uduzmamışıq, sadəcə, nəticə olmayıb. Bizə təsir edəndə də budur".

"Geridə qalan 3 görüşdə də komanda şəklində yaxşı oyun nümayiş etdirdik. Ancaq təəssüf ki, öz səhvlərimizdən hamısında da məğlub olduq. İndi çalışıb bunları aradan qaldırmalı və yaxşı nəticələr qazanmalıyıq".

Bu sözləri matc.az saytına "Səbail"in müdafiəçisi Adil Nağıyev "dənizçilər"in Premyer Liqaya yaxşı başlaya bilməməsini şərh edərkən deyib. Millimizin futbolçusu heyətə yeni qoşulan oyunçulardan da söz açıb. O, zəif olduqlarını düşünmədiyini bildirib:

"Futbolda qələbə də, məğlubiyyət də var. Biz oyunumuzla, mübarizəmizlə uduzmamışıq, sadəcə, nəticə olmayıb. Bizə təsir edəndə də budur. ötən mövsüm çempionata 3 qələbə ilə başlasaq da, sonradan aşağı pillələrə düşdük. Bu mövsüm isə əksinsə olub, 3 oyunda da uduzduq. Ancaq hələ heç nə bitməyib. Qarşıdakı oyunlarda daha yaxşı "Səbail" görəcəksiniz. Kluba qatılan yeni oyunçular imkan daxilində olan transferlərdir. Məncə, getdikcə komandaya uyğunlaşacaqlar və faydaları dəyəcək".

Nağıyev "Səbail"in bu ilki hədəflərindən və klubdakı maliyyə durumundan da danışıb:

"Hər oyun daha yaxşı çıxış etmək istəyirik. Bizə konkret hansısa bir məqsəd qoyulmayıb ki, avrokuboklara qatılmalısınız. Ancaq biz oyunçular və məşqçilər heyəti çempionatda yuxarı yerlərdə qərarlaşmaq niyyətindəyik. Maliyyə məsələsinə gəlincə, problem yoxdu, hər şey qaydasındadır".

Qeyd edək ki, "Səbail" geridə qalan üç turdan sonra Premyer Liqada sonuncu sıradadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest