"Everton"un futbolçusu Rişarlison karyerasını İspaniyada davam etdirə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona" Braziliya millisinin üzvünün xidmətində maraqlıdı.

Luis Suaresin yerinə hücumçu axtarışına çıxan Kataloniya klubu problemi məhz 21 yaşlı oyunçu ilə aradan qaldırmaq niyyətindədi. İspanlar mövsümün sonunda onu transfer etmək üçün hərəkətə gəlib. Rişarlisonun hazırkı transfer qiyməti 45 milyon avro dəyərində göstərilir.

Qeyd edək ki, Rişarlison "Mançester Yunayted"in də transfer gündəmindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest