"Fənərbaxça" növbəti transferini rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, İstanbul klubu "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.
 
Bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. Xəbərdə 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Almaniyada anadan olan, lakin 2017-ci ildən formasını geyindiyi "Antalyaspor"dakı performansı ilə hətta Türkiyə millisinə də dəvət almağa başlayıb. Türkiyə mətbuatının yazdığına görə, bu transfer "Fənərbaxça"ya 1 milyon 750 min avroya başa gəlib.
 
Nazim Sanqare daha öncə "Allemaniya", "Fortuna", "Osnabryuk" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest