İngiltərənin "Liverpul" klubunun zədəli futbolçularının vəziyyətinə aydınlıq gəlib.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan Cordan Henderson, Co Qomes və Joel Matipin son vəziyyəti məlum olub.
 
"çelsi" ilə oyunda zədə alan Henderson növbəti həftə yaşıl meydanlara qayıdacaq. Onun Premyer Liqanın növbəti turu çərçivəsində keçiriləcək "Arsenal"la oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir.
 
Qomes isə cümə günündən etibarən məşqlərə başlayacaq.
 
Matip isə daha gec yaşıl meydanlara qayıdacaq. Onun millilərin növbəti toplanışına – oktybarın ilk 10 günlüyünə qədər məşq edə bilməyəcəyi deyilir.
 
"Liverpul" "Arsenal"la sentyabrın 28-də qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest