Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Ronald Kumanın "Barselona"ya getməsindən sonra millinin boş qalan baş məşqçi postu Frank de Bura tapşırılıb.
 
Bu barədə Niderland Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssislə 2022-ci ilədək nəzərdə tutulan müqavilə imzalanıb.
 
De Bur məşqçilik karyerası ərzində "Ayaks", "İnter", "Kristal Pelas", "Atlanta Yunayted" kimi komandaları çalışdırıb. O, əvvəllər Niderland yığmasında köməkçi məşqçi kimi də fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest