"Avrokuboklarda bütün oyunlara önəm veririk. Bu qarşılaşma da bizim üçün çox vacibdi. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Futbolçular yaxşı istirahət etməlidirlər". Matc.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim deyib.

67 yaşlı mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında bildirib ki, xorvatlarla görüşdə meydana fərqli heyət buraxacaq.

"Həftədə iki oyun keçirdiyimiz üçün bunun hesabını aparmaq məcburiyyətindəyik. Sabah meydana çıxaracağım komanda "Başakşəhər", "Neftçi" və ya "Qaziantep"lə qarşılaşmalardakı heyət olmayacaq. "Hayduk"u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz. Rəqibi ciddiyə almamaq kimi anlaşılmasın, əksinə çox önəm veririk. Bunun üçün də doğru hazırlanmağımız lazımdır" – deyə, Terim bildirib.

Qeyd edək ki, "Qalatasaray" Avroliqanın II təsnifat mərhələsində Bakıda "Neftçi" üzərində 3:1 hesablı qələbə qazanmaqla, mərhələ adlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest