Keçən mövsümün sonunda icarə əsasında çıxış etdiyi "Bavariya"dan ayrılaraq "İnter"ə qayıdan İvan Perişiç açıqlama verib.
 
Matc.az xəbər verir ki, klubun rəsmi televiziya kanalına danışan xorvatiyalı futbolçu, "Bavariya"dakı karyerası və "neradzurra"ya qayıtmasını dəyərləndirib:
 
"Bavariya"da inanılmaz bir mövsüm keçirdim. Əvvəllər çətin olsa da, bu möhtəşəm komanda ilə üç kubok qazandım. Məşqçi dəyişikliyindən sonra işlər daha yaxşı oldu, fevralda ciddi zədə alsam da, sonradan hər şey qaydasında getdi.
 
"İnter"ə qayıtdığım üçün xoşbəxtəm. Klubla daha iki illik müqaviləm var. ümid edirəm ki, bu iki mövsümdə möhtəşəm işlər görərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest