İspaniya çempionu "Real"ın futbolçuları nümunəvi addımla diqqət mərkəzinə düşüblər.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu"nun futbolçuları La Liqanın və ölkə Super Kubokunun qalibi olduqları üçün əldə edəcəkləri mükafatı almamağa qərar veriblər.
 
Komanda üzvləri koronavirusla bağlı kluba kömək məqsədiylə çempionluq üçün qazandıqları 700 min və Super Kuboka görə almalı olduqları 300 min – ümumilikdə 1 milyon avrodan imtina ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest