"Barselona"nın müdafiəçisi Nelson Semedonun İngiltərənin "Vulverhempton" klubuna keçidi rəsmiləşib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı futbolçu ilə 3+2 illik müqavilə imzalanıb. Portuqal futbolçu yeni komandasında "22" nömrəli formanı geyinəcək.
 
Kataloniya klubu "canavarlar"ın Semedo üçün 30 milyon avro ödədiyini açıqlayıb.
 
Qeyd edək ki, Nelson Semedo 2017-ci ildən "Barselona"nın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest