"Qəbələ" Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlıqlarına başladı. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, akademiya 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq.

U-8 də yay fasiləsinə son verərək hazırlıqlara başlayıb. Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir.
 
Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19-u çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır.
 
Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest