"Püşkatmadan narazı deyiləm. Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik. "Şerif"i keçmək çətin olacaq. Onlar da mərhələ adlamaq istəyir"

İrlandiyanın "Dandalk" klubunun qapıçısı Qari Rojer Avropa Liqasının III təsnifat mərhələsində "Şerif"lə keçiriləcək görüşdən danışıb. Matc.az xəbər verir ki, 39 yaşlı qapıçı Azərbaycan çempionu "Qarabağ"a rəqib olmamalarına sevindiyini bildirib:

"Püşkatmadan narazı deyiləm. Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik. "Şerif"i keçmək çətin olacaq. Onlar da mərhələ adlamaq istəyir. "Qarabağ"la da düşə bilərdik, onlardansa "Şerif"lə oynamaq daha yaxşıdır. Matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq".

Qeyd edə ki, "Şerif" – "Dandalk" oyunu sentyabrın 24-də Tiraspolda keçiriləcək. "Qarabağ" isə Avropa Liqasında mübarizəyə pley-off mərhələsindən qoşulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest