Türkiyənin I Liqasında çıxış edən "Boluspor" futbol komandasının baş məşqçisi Ahmet Taşyürekin müsahibəsi 

- çempionatın II turunda səfərdə "Adana Demirspor"la 1:1 hesablı heç-heçə etdiyiniz qarşılaşmada yeni transferiniz Araz Abdullayev 70-ci dəqiqədə debüt etdi. Onun oyunu barədə nə deyə bilərsiniz? 

- Hazırda Araz Abdullayev öz tempindən bir az uzaqdadır. Onun kimi, komanda yoldaşları da belədir. Kollektivimiz yenidir, qısa zamanda formalaşıb, 17 transfer etmişik. Hamının müəyyən vaxta ehtiyacı var. Arazın keyfiyyətlərinə bələdik, onun çıxışlarını həm eniş, həm də yüksəliş dövrlərində izləmişik. Azərbaycanda sevildiyi dönəmlərə yenidən qaytarmaq və üstün cəhətlərindən faydalanmaq istəyirik. Komanda yoldaşları kimi hazır deyil, amma onun bizə töhfə verəcəyinə inanıram. 

- Araz Abdullayev "Boluspor"un əsas oyunçularından biri ola bilərmi?

- Hazırda əsas heyətlə bağlı axtarışdayıq. Heyət milli komandanın oyunlarına görə yaranacaq fasilədən sonra oturuşacaq. Abdullayevin çıxış etdiyi cinahda keyfiyyətli futbolçular var. Ondan həm cinahda, həm də 10 nömrə mövqeyində istifadə edə biləcəyimizi düşünürəm. Tez də olsa, bunu dəqiq deyə bilərəm: Bu istək və arzusunu davam etdirsə, komandanın dəyişməz oyunçularından olacaq.

- Necə oldu ki, azərbaycanlı futbolçunu transfer etmək istədiniz?

Arazı Azərbaycandan İngiltərənin "Everton" klubuna getdiyi vaxtlardan tanıyıram. Hazırda o, üç gün əvvəl izlədiyim futbolçu deyil. Bəzi sıxıtıları olub, özündən gözləntiləri və hədəfləri daha böyük idi. 

- Onun yenidən istənilən formaya qayıdacağına inanırsınız?

- Araz Azərbaycan milli komandasının futbolçusudur, keyfiyyəti göz qabağındadır. Ona öz hədəflərinə yenidən çatması üçün köməklik göstərəcəyik. İnanın mənə, siz onu necə görmək istəyirsinizsə, hazırkı ailəsi olaraq biz də Araz üçün əlimizdən gələni edəcəyik. 

Araz Abdullayev
Araz Abdullayev

- "Boluspor"un bu mövsüm hədəfləri nədir?

- çıxış etdiyimiz çempionat çox çətindir. Burada böyük investisiyalar və büdcələrlə mübarizə aparan komandalarla yanaşı, gənc, istedadlı oyunçulara sahib heyətlər də var. İlkin hədəfimiz Türkiyə Super Liqasında vəsiqə qazanmaq üçün pley-off oyunlarında iştirak etməkdir. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest