"Barcelona"nın müdafiəçisi Nelson Semedo Kataloniya klubu ilə vidalaşdı. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçunun "Vulverhempton"la 5 illik müqavilə bağlayacağı gözlənilir.

O bildirib ki, "Barselona"da oynamaq onun üçün xəyal idi. Semedo klubda keçirdiyi 3 ildə çox şey öyrəndiyini və bu günləri heç vaxt unutmayacağını vurğulayıb.

Qeyd edək ki, portuqaliyalı müdafiəçi 35,7 milyon avro qarşılığında "Benfika"dan "Barselona"ya keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest