Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, komanda Frank de Bura tapşırılıb.

Niderland Futbol Federasiyası 50 yaşlı mütəxəssislə razılığa gəldiyini bildirib. Onunla iki illik müqavilə imzalanacaq. Frank de Bur "Barselona"ya baş məşqçi gedən Ronald Kumanı əvəzləyib.

Qeyd edək ki, niderlandlı çalışdırıcının son iş yeri ABŞ klubu "Atlanta Yunayted" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest