Polşanın "Legiya" klubu baş məşqçini dəyişdirib. Matc.az xəbər verir ki, komanda serbiyalı mütəxəssis Aleksandr Vukoviçlə yollarını ayırıb.

Məlumata görə, onun yerinə Polşanın U-21 yığmasının çalışdırıcısı çeslav Mixneviç gətirilib. Mixneviç müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq.

Xatırladaq ki, "Legiya" "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest