Futbol üzrə İtaliya A Seriyasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutub. 
 
“Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Səfərdə “Parma” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. “Cenoa” isə “Krotone”ni darmadağın edib. 
 
Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı sınağa çəkib və darmadağına sevinib.
 
İlk turun “Benevento” – “İnter”, “Udineze” – “Spetsiya” və “Latsio” – “Atalanta” matçları təxirə salınıb.
 
İtaliya A Seriyası
1-ci tur
19 sentyabr
 
Fiorentina – Torino 1:0
Qol: Kastrovilli, 78.
 
Verona – Roma 0:0
 
20 sentyabr
 
Parma – Napoli 0:2
Qol: Mertens, 63. İnsinye, 77.
 
Cenoa – Krotone 4:1
Qol: Destro, 6. Pandev, 9. Zappakosta, 34. Pyatsa, 75 – Riviere, 28.
 
Sassuolo – Kalyari 1:1
Qol: Burabia, 87 – Simeone, 77.
 
Yuventus – Sampdoriya 3:0
Qol: Kuluşevski, 13. Bonuççi, 79. Ronaldo, 89.
 
21 sentyabr
 
22:45 Milan – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest