Futbol üzrə İsrail milli komandasının hücumçusu Eran Zahavinin yeni iş yeri məlum olub.
 
Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu Niderlandın PSV klubuna transfer olunub.
 
Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent olan Zahavi ilə 2 illik sözləşmə imzalanıb.
 
Zahavi son olaraq Çinin “Quançjou Fuli” klubunda forma geyinirdi.
 
Hücumçu İsrail yığmasında 53 oyunda 20 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest