İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Liverpul”dan Ki-Yana Huveri transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
“Vulverhempton” niderlandlı futbolçu üçün “Liverpul”a bonuslarla birlikdə 15 milyon avro ödəyəcək.
 
“Ayaks”ın yetirməsi olan Huver, 2018-ci ildən “Liverpul”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest