Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın "Hamburq" klubunun qapıçısı Yulian Pollersbeki transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı alman qolkiperlə 4 illik müqavilə imzalanıb. 
 
Bu transferin Fransa klubuna 250 min avroya başa gəldiyi bildirilir.
 
Pollersbek 2017-ci ildən "Hamburq"un uğurları üçün çalışırdı. O, daha öncə "Vakker Burqhauzen" və "Kayzerslautern"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest