"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Maraqlı oyun oldu. Rəqib ilk iki turda məğlub olsa da, oyunlarını bilirdik. Hər iki komanda bu gün yaxşı hücumlar təşkil etdi, qol imkanları yaratdı. Ardıcıl 2 qələbə məni sevindirir. Düzdür, bizi qane etməyən epizodlar var. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacağıq.
 
- İlk 3 turdan sonra 6 xalınız var. Hədəfləriniz nədir? 
- Hər tur eyni sözü deyirəm. Hər oyuna məğlub olmamaq üçün çıxırıq. Hədəfimiz budur. Məğlub olmamaq üçün də mübarizə aparmalısan. Hədəfimiz var ki, gənc futbolçular yetişdirək. Onları Azərbaycan futboluna bəxş edək. Hədəfimiz odur ki, yaxşı mübarizə aparıb, yuxarı pillələrdə olaq.
 
- Adəm Həmati yarımmüdafiəçidir, ancaq iki oyunda da onu müdafiədə oynadırsız. 
- Bizim oyun üslubumuz var. Həmati universal futbolçudur. Yeri gələndə yarımmüdafiədə də, müdafiədə də oynaya bilir. ümumilikdə, komandamızda yaxşı rəqabət var. Məsələn, Rüfət Abdullazdə bu gün oyuna yaxşı qoşuldu, qol imkanları yaratdı.
 
- Komandaya yeni futbolçuların qoşulması gözlənilirmi? 
- Hələ bir şey yoxdur. Son olaraq Cavid İmamverdiyevi transfer etdik. Onun potensialına inanıram, hətta milli komandaya da düşə bilər. "Transfer pəncərəsi" açıqdır, çox şey ola bilər. çox oyunçu təklif edirlər, sistemimizə uyğun olan olsa, nəsə ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest